Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 4 tona yaxın narkotik vasitə və psixotrop maddə müsadirə edilib

Ötən il Azərbaycanda müsadirə edilən narkotik vasitə və psixotrop maddənin miqdarı açıqlanıb.
RegionTV.info-nun  məlumatına görə 2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Bu da 2019-cu ilin göstəricisindən 13,3 faiz çoxdur.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də