
RegionTV.info xəbər verir ki, Unikal.org-un məlumatına görə, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti "Azərxalça” ASC-də yoxlamalar aparır.
Maliyyə naziri Samir Şərifovun əmri ilə, adıçəkilən qurumun maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır.
"Azərxalça” ASC-nin yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin ASC-nin bütün müəssisələrində də bu araşdırmalar davam etdirilir.