
RegionTV.info xəbər verir ki, bu barədə “oxu.az”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
S.Məmmədova ABŞ-da müalicə alan Gənclər və İdman naziri Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı verdiyimiz sualı belə cavablandırıb:
“Azad müəllimin müalicəsi hələ ki davam edir. Onun nə vaxt Vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq”.