Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində dəhşətli hadisı baş verib.
RegionTV.info xəbər verir ki, magistral yolun Konyanın Karapınar qəsəbəsindən keçən hissəsində yol qəzası olub. Belə ki, ağırtonnajlı yük maşını (TIR) yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzanı görən digər minik avtomobilinin sürücüsü maşını saxlayaraq TIR-ın sürücüsünə kömək etmək istəyib, lakin avtomobilin arxasından gələn sərnişin avtobusu ona çırpılıb. Nəticədə isə bu iki maşın da - avtomobil və avtobus dərəyə yuvarlanıb.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 38-i isə xəsarət alıb.
Hadisə yerinə çox sayda xilasedici və həkim briqadaları cəlb edilib.
Xəbəri paylaş