Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azərbaycanda 5 minə qədər mikroallah yaşayır...”

Cümşüd Nuriyev: “Hamısını yığasan bir yerə, oradan da  DTX gəlib apara...”
 
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, fəaliyyətində rüşvət və korrupsiya kimi  neqativ əməllərə yol verən, sadə vətəndaşları görməzdən gələn məmurlara qarşı mübarizə son illər Azərbaycan reallığının ən aktual problemlərindən biridir. Ölkə başçısının məmurlara yönəlik xəbərdarlıqlarına rəğmən, hüquq-mühafizə orqanlarının vaxtaşırı olaraq qanunun tələblərini pozan məmurları məsuliyyətə cəlb etməsi, hələ də bəzi məmurların bu xəbərdarlıqdan lazımi nəticə çıxarmadığını göstərir.
 
RegionTV.info-ya   açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev, bir sıra məmurların özlərini sözün həqiqi mənasında mikroallah kimi apardığına diqqət çəkdi:
 
“Azərbaycanda 5 minə qədər mikroallah yaşayır. Kim ki, az-çox diqqət çəkən bir vəzifənin başına gəlir, özünü həmin ərazinin Allahı hesab edir. Biz zaman-zaman bələdiyyə sədrlərinin, icra baçılarının timsalında buna şahid olmuşuq. Bütün bunları görəndə isə, adam düşünür ki, bütün məmurları, hökumət  üzvlərini yığasan bir yerə, oradan da DTX hamısını götürüb apara. Bəlkə o zaman bunların gözü qorxa”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də