Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qızını boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Qubada qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm İmanquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
RegionTV.info bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.
Qeyd edək ki, ötən il oktyabrın 31-də saat 21.00 radələrində Quba rayonunun Barlı kənd sakini, 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də