
RegionTV.info xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Tərəflər koronavirus pandemiyasına qarşı mübarizə, eləcə də Yaxın Şərq və Şimali Afrikadakı münaqişələri müzakirə ediblər.
“ABŞ vitse-prezidenti bildirib ki, ölkəsi ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə və transatlantik ittifaqın aktivləşdirilməsinə sadiqdir. Tərəflər dünyada demokratiyaya dəstək mövzusunda ikitərəfli və çoxtərəfli əsasda sıx əməkdaşlığın zəruriliyi barədə razılığa gəliblər”-deyə, məlumatda qeyd olunur.