Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 16 nəfər yaralanıb
Tarix: 16-02-2021, 09:49Xəbərə baxış: 123
Türkiyənin Konya bölgəsində baş verən zəncirvarı yol qəzası nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb. RegionTV.info xəbər verir ki, hadisə fevralın 16-da səhər saatlarında Konya-Karapınar yolunda qeydə alınıb. Qəza zamanı sərnişin avtobusu, TIR və minik maşını toqquşub. Hadisəyə səbəb qar yağandan sonra yolların buz bağlaması göstərilir.