Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin sayı 32 mini keçib
Tarix: 16-02-2021, 09:44Xəbərə baxış: 123
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 32 020 borcalana 1 674,358 milyon manat məbləğində ipoteka krediti verib. RegionTV.info xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 milyon manat məbləğində biznes kreditlərində zəmanət verib, 556 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.