
RegionTV.info-nun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.