Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Britaniyada koronavirusun yeni ştammı aşkarlandı

Edinburq Universitetinin tədqiqatçıları Böyük Britaniyada koronavirusun daha bir ştammını aşkarlayıblar.
RegionTV.info  xəbər verir ki, bu barədə nüfuzlu "The Guardian" qəzeti yazıb.
B1525 adı almış yeni ştamm artıq 10 ölkədə yayılıb: Danimarka (35 yoluxma halı), Böyük Britaniya (32), Nigeriya (12), ABŞ (7), Fransa (5), Qana (4), Avstraliya (2), Kanada (2) və İspaniya (1).
Məlumata əsasən, yeni ştamm İngiltərədə üstünlük təşkil edən "Kent" ştammından E484K mutasiyası ilə fərqlənir. Sözügedən mutasiya Braziliya, Cənubi Afrika və Bristol ştammlarında da müşahidə edilir.
Bununla əlaqədar ekspertlər Böyük Britaniya hakimiyyətini yeni ştammın yayıldığı ərazilərdə testlərin sayını artırmağa çağırıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də