
İranın Semnan əyalətinin Damğan şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 23:31, 10 km dərinlikdə qeyd alınıb.
Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.