Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

COVID-19-dan sağalandan sonra bədənə kömək edən tərəvəz

“Bibər və istiot qəbul etmək bədənin koronavirus infeksiyasından daha tez sağalmasına kömək edir”.
RegionTV.info-nun  məlumatına görə, bunu fitoterapevt, biologiya elmləri namizədi Mixail Luşik “Sputnik radiosu”na verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, COVID-19-a yoluxub sağalan hər kəs zəiflik və yorğunluqdan şikayətlənir. Belə ki, virus əsas zərbəni zəif orqanlara vurur və sonra bədənində çıxarılması olduqca çətin olan çox sayda zədələnmiş hüceyrə qalır:

“İmmunitet sistem bu hüceyrələri tez bir zamanda təsirsiz hala gətirməyi və qan dövranından istifadə edərək bədəndən xaric etməyi bacarmır. Nəticədə bu müddət uzun sürür. Bu prosesi sürətləndirmək üçün yeməyə istiot əlavə etmək lazımdır. Qırmızı, qara və ya uzun bibər yeyə bilərsiniz. Gündə neçə dəfə yeməyə əlavə etməyiniz orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Ancaq heç kim bu ədvalı məhsuldan sui-istifadə etməməlidir”.

Həkim acı bibərin səbəb olduğu yanma hissini necə təsirsiz hala gətirəcəyinə dair bəzi tövsiyələr də verib:
“Süd içə bilərsiniz, çünki zülallar sürətlə yanan maddələri tutur. Nanə yarpaqlarını da çeynəyə və ya nanə konfetini ağzınıza qoya bilərsiniz”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də