Gədəbəy rayonunda zəlzələ baş verib. RegionTV.info-nun məlumatına görə yeraltı təkanlar rayonun müxtəlif hissələrində hiss edilib. Belə ki, saat 22:27, 23:05 və 23:27 radələrində 3 dəfə təkan qeydə alınıb. Dağıntıların olub-olmaması və zəlzələnin gücü barədə əlavə məlumat veriləcək.