
RegionTV.info xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, 15 fevral, yerli vaxtla saat 22:27-də Şorza kəndindən beş kilometr şimal-şərqdə (İrəvanın 110 kilometr şərqində - Red) zəlzələ baş verib.
Zəlzələnin dərinliyi 10 kilometr olub, episentrdəki yeraltı təkanların gücü 4-5 bala çatıb.
Yeraltı təkanlar Sevan, Abovyan, Dilican və İcəvan şəhərində hiss olunub.