
RegionTV.info xəbər verir ki, V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.
Qeyd edək ki, V.Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə, həbs qəti imkan tədbiri seçilib.