Şəmkir rayon sakini Ucar rayonunda müəmmalı şəkildə ölüb.
RegionTV.info xəbər verir ki, hadisə gündüz saatlarında Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Bərgüşad kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini olduğu deyilən, hələlik ad və soyadı dəqiq məlum olmayan şəxs "Mercedes" markalı minik maşınının sürücüsüdür və maşında ölüb. Meyit ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş