ABŞ səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 15-02-2021, 21:35Xəbərə baxış: 122
ABŞ-ın Türkiyədəki səfiri David Satterfield bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. RegionTV.info xəbər verir ki, İraqın şimalında PKK terror təşkilatı tərəfindən 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı ABŞ tərəfinin reaksiyasına dair irad diplomatın diqqətinə çatdırılıb.