Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TƏHSİL VƏ MƏDƏNİYYƏT SAHƏSİNDƏKİ DİREKTORLARDAN BƏZİLƏRİ ,,SÜD GÖLÜ”NDƏ ÜZÜRLƏR- FAKTLAR/REALLIQLAR

RegionTV.info 
Faktdır ki, hər bir xalq yalnız özünəməxsus savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə öyünə bilər və o halda xalqların öz ölkələrini tanıtması mümkün olur.

Bu gün ötən əsrlərə nisbətən elmin inkişafı daha mütərəqqi üsullarla təkmilləşməkdədir. Hal-hazırda bəşəriyyət elmi nailiyyətlər əsasında kompüter erasına qədəm qoymuş və bir çox texnoloji yeniliklərin tətbiqi, məhz Azərbaycan Respublikasında da təhsilin inkişafına özünün ciddi təsirini göstərməkdədir. Məsələn, hər bir təhsil müəssisəsi ildənilə yeni texniki avadanlıqlarla təchiz olunur ki, bu da dövlətimizin müəyyən etdiyi strategiyaya uyğun həyata keçirilir. İndiyə kimi dövlətimiz savadlı kadrlarının sayəsində sosial-iqtisadi, siyasi, hərbi və digər sahələrdə lazımi irəliləyişlərə nail olub. Bəli, yalnız savadlı, təhsilli gənclərin hesabına hər sahədə lazımi uğurları əldə etmək, beynəlxlaq arenada Azərbaycanı layiqincə təmsil etmək mümkün olar.

Onu da unutmaq olmaz ki, ulu öndər Heydər Əliyev “Təhsil millətin gələciyidir” deyə öz müdrik kəlamını ifadə etməklə, məhz Azərbaycanda təhsil sahəsinə hər zaman diqqətlə yanaşmış və bu sahədən lazımi qayğısını əsirgəməmişdir. O bildirmişdi ki, “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Əslində Ulu Öndər bu cür yanaşması ilə dövlətimizin təhsillə bağlı siyasətini açıq şəkildə ifadə etmiş olur. Bəli, təhsil sahəsi Azərbaycan dövləti üçün əsas pirioritet sahələrdən biridir və mərhum prezidentimizin hakimiyyəti dövründə müəyyən olunmuş siyasi xətt, bu gün də inkişaf etdirilməkdədir. Faktdır ki, təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin mühüm bir sahəsidir və bu sahənin inkişaf etdirilməsi olduqca əhəmiyyət daşıyır. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycanın təhsil sistemində müəyyən “sperkulyasiya”lara qol qoyan, rəhbərlik etdiyi sahəni bir növ gəlir mənbəyinə çevirən elə rəhbər şəxslər var ki, onların əməlləri bu gün də qınaq obyektinə çevrilməkdədir. Adicə bir məqama diqqət yetirək ki, ölkəmizin istənilən ərazisində fəaliyyət göstərən hər bir təhsil müəssisəsinə rəhbərlik edən şəxslər kollektiv üzvlərindən tamam fərqli formada həyat tərzi keçirirlər. Yəni, orta məktəblərdə, musiqi məktəblərində, texniki peşə təhsili verən məktəblərdə və s. kimi təhsil ocaqlarında direktor vəzifəsini daşıyan şəxslər çox zaman bahalı avtomobillərə, təmirli və təmtəraqlı mənzillərə, bahalı geyimlərə, hətta dəyəri on min, yüz min manatlarla dəyərləndirilən villalara və s. sahib olurlar. O halda sual oluna bilər ki, belə bir vəzifəni icra edən şəxslər Azərbaycanın təhsil sahəsində hansı “oyunu oynayırlar” ki, onlar qısa zaman kəsiyində külli miqdarda var-dövlətə sahib olurlar.

Diqqəti bir məqama yönəldək ki, adicə uzun illər ərzində hansısa yataqxanada yaşayan, lazımi imkanlara sahib olmayan bir şəxs, elə ki təhsil ocaqlarında, yaxud da musiqi məktəblərinin birində direktor vəzifəsinə sahib olur, o halda çox keçmir ki, onun həyat tərzi 180 dərəcə bucaq altında dəyişir. Belə olan halda sual oluna bilər ki, hansı amillərin varlığı həmin şəxslərin fərqli və imkanlı bir şəxsə çevrilmələrinə səbəb olur? Bəlkə onlar dövlətdən aldıqları əmək haqlarının müqabilində həyat tərzlərini dəyişdirirlər? Əsla yox! Bu heç də belə olmur! Çünki, onlar daşıdıqları vəzifələrindən “ikiəlli yapışırlar” və bacardıqları qədər büdcə vəsaitlərini ələ keçirib özlərinə sərvət toplayırlar. Bu da onu söyləməyə əsas verir ki, həmin şəxsləri Azərbaycanın gələcəyi lazımi səviyyədə düşündürmür və onlar vaxtilə mərhum prezidentimizin müəyyən etdiyi, bu gün isə ölkə rəhbəri tərəfindən həyata keçirilən siyasi xəttə xəyanət etməklə məşğul olurlar.

Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, hazırda Azərbaycanın təhsil sistemində minbir “oyun oynayıb”, büdcə vəsaitlərini ələ keçirən rəhbər şəxslərdən qurtulmağın zamanı çatıb. Çünki, təhsilimizin inkişaf etdirilməsi, sabahkı cəmiyyətimizin təminatı, büdcə vəsaitlərinin qorunması və s., məhz belə bir addımların atılmasını zəruri edir.
Mövzu diqqətimizdədir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də