Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda anti Azərbaycan yönümlü əsassız xəbərlərin qarşısı alındı – VİDEO

RegionTV.info 
44 günlük vətən müharibəsində Ermənistan aldığı ağır məğlubiyyəti yaydığı dezinformasiyalarla ört-bas etmək istəsə də, onların bu arzuları da puç olub.
Gürcüstanda fəaliyyət göstərən Demokratik Araşdırmalar İnstitutu növbəti dəfə ermənilərin təxribat xarakterli addımlarının üstünü açıb.
Belə ki, bu dəfə ermənilərin sosial şəbəkələr, eləcə də internet üzərindən yaydıqları anti-Azərbaycan yönümlü onlarla informasiyaları ifşa olunub.

Bu barədə Demokratik Araşdırmalar İnstitutunun araşdırmaçısı Ketevan Murğuliya məlumat verib.

“Demokratik Araşdırmalar İnstitutunun fevral ayının əvvəlində media monitorinq hesabatı yayımlanıb. Hesabatda ümumilikdə son aylarda “Telegram”, “Facebook” eləcə də bir bir çox internet səhifələrində yayılmış yalan məlumatlar aşkarlanaraq ifşa olunub. Qeyd edim ki, bu dezinformasiyaların əksəriyyəti Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən yayılıb”, deyə araşdırmaçı bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də