

O, bu hadisələrə misal olaraq, Füzulidə beynəlxalq hava limanının və Şuşaya aparacaq yolun təməlinin qoyulmasını misal göstərib:
"Budəfəki səfərdə isə diqqəti ən çox cəlb edən Laçında dövlət bayrağımızın qaldırılması və Güləbird SES-in açılışı oldu. SES-in istifadəyə verilməsi aydınlıq, işıq, enerji və istilik deməkdir. Deməli, işğaldan azad edilmiş ərazilərimizə mədəniyyətimiz, aydınlıq, işıq, enerji və istilik, bütövlükdə qaynar həyat qayıtmağa başlayır. Unutmayaq ki, müharibənin başa çatmasından 3 ay keçir. Qısa müddətdə görülən işlər dövlətimizin gücünü göstərən çoxsaylı amillərdən biridir".