
RegionTV.info xəbər verir ki, bu barədə Zəbul vilayətinin polis rəisi Hikmətullah Koçi açıqlama verib. O qeyd edib ki, hücum nəticəsində təhlükəsizlik əməkdaşlarının 4 üzvü öldürülüb, 2-si isə yaralanıb. Hücumu həyata keçirən silahlıların bir çoxu zərərsizləşdirilib.
Bölgədə terrorçulara qarşı əməliyyat davam etdirilir.
"Taliban" silahlı hücumla bağlı hələ ki, açıqlama verməyib.