26 yaşlı tələbənin müəmmalı ölümü ölkədə qalmaqala səbəb olub.
RegionTV.info bildirir ki, küçəyə çıxma qadağasını pozduğuna görə polislər tərəfindən saxlanılaraq təcridxanaya salınan qızın ölümü ailəsini və yaxınlarını yasa boğub.
Onun təcridxanada özünü köynəyi ilə boğduğu iddia edilsə də, ailəsi bunun yalan olduğunu düşünür və cinayətin araşdırılmasını tələb edir.
Hondurasda baş verən olay ölkə səviyyəsində etirazlara səbəb olub, işə nazirlik qarışıb, cinayətin yenidən araşdırılacağı deyilir.
Xəbəri paylaş