Moskvada kişi beş yaşlı qızı ilə binanın 17-ci mərtəbəsindən özünü atıb. Onların hər ikisi təcili yardım maşını gələnə qədər keçinib.
RegionTV.info bildirir ki, əslən erməni olan kişi bir gün əvvəl arvadı ilə qəzaya düşüb. Qadın hadisə yerində ölüb, kişi isə xəstəxanaya qaldırılıb.
Səhəri gün o, xəstəxanadan qaçaraq qohumlarının yanında olan qızını götürüb, evinə gəlib və eyvandan qızını, sonra isə özünü atıb.
O da vurğulanır ki, ruhi dispanserdə qeydiyyatda olmasına baxmayaraq, sükan arxasında məhz kişi olub.
Xəbəri paylaş