Hacıqabul Rayon Polis Şöbəsinə bir nəfərin üzərində qanunsuz odlu silah olması barədə məlumat daxil olub.Daxili İşlər Nazirliyindən RegionTV.info-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Muğam qəsəbəsində yaşayan Quba rayon sakini İslam Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan, qanunsuz saxlanılan "Tula" markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Xəbəri paylaş