Rusiya sualtı donanmasının inkişaf tempi ABŞ və onun NATO üzrə müttəfiqlərini daha çox narahat etməyə başlayıb. Rusların sualtı qayıqları uzaq məsafə qət etməklə yanaşı, həm də olduqca səssiz üzürlər. Onlar, həmçinin yeni uzaq mənzilli raketlər sayəsində ciddi zərbələr endirmək qabiliyyətinə malikdirlər.
RegionTV.info bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin(HDQ) əsas problemi ondadır ki, onlar hələlik gələcəyin donanması barədə aydın təsəvvürə malik deyillər.
"Strateji və beynəlxalq araşdırmalar mərkəzi"(The Center for Strategic and International Studies)-nin bu ay təşkil etdiyi tədbirdə iştirak edən ABŞ HDQ-nin Avropadakı komandanı Robert Burke bildirib: "Mən deməliyəm ki, Hind-Sakit okean teatrından fərqli olaraq, Atlantik okeanı teatrında bizim bir neçə yüksək səviyyəli müttəfiqimiz var və onların Hərbi Dəniz Qüvvələri effektli fəaliyyət göstərir. Onlar bizimlə hər gün əməkdaşlıq edirlər"
Robert Burke Böyük Britaniya və Fransanı "etibarlı və bacarıqlı əməkdaşlar"adlandırıb və əlavə edib ki, Kanada və Norveç də sualtı müharibə teatrına əhəmiyyətli töhvə verir, Danimarka isə öz imkanlarını genişləndirir.
Xəbəri paylaş