Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində rayon sakininin avtomobilindəki seyfdən 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Üzeyir Cavadov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi "Toyota" markalı avtomobilin yük yerindəki dəmir seyfdən 1 kiloqram 511 qramdan artıq narkotik vasitə heroin və 461 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbəri paylaş