Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çin Azərbaycana pulsuz 10 min doza vaksin göndərir

Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitəsi tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.

RegionTV.info bildirilib ki, bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri cənab Can Cenkun bildirib. ÇKP MK-nın nümayəndəsi qeyd etmişdir ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.
Məlumatda qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildən artıq davam edən sıx qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan ilə Çin arasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətləri ötən illər ərzində böyük inkişaf yolu keçmişdir. Azərbaycanın strateji tərəfdaşı kimi qəbul edilən Çin Xalq Respublikası ölkəmizin ərazi bütövlüyü prinsipini hər zaman bütün səviyyələrdə müdafiə etmişdir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında da əlaqələrin yaranmasına və dinamik inkişafına münbit şərait yaradıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də