
RegionTV.info bildirir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
Kamil Şahverdiyev xəbəri APA-ya təsdiqləyib.
Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir, "Space" TV-də çalışır. O, Rəşid Behbudovun kürəkəni və mərhum müğənninin adına fəaliyyət göstərən fondun rəhbəridir.
Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl "Space" TV-nin rəhbəri vəzifəsindən azad edilib.