
RegionTV.info bildirir ki, bu sözləri pravda.az-a açıqlamasında Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov deyib.
M.Mərdanov tövsiyə edir ki, ümumiyyətlə, vaksinasiya ilə bağlı heç nədən qorxmaq lazım deyil: "Peyvənd olunduqdan sonra, sadəcə, ümumi qaydalara əməl etmək kifayətdir. Vaksindən sonra özümü tamamilə rahat hiss edirəm, sağlığımda hansısa mənfi dəyişiklik olmayıb".
"Həkim göstəriş verib ki, martın 13-də ikinci dəfə vaksinasiyadan keçmək üçün yenidən müraciət etməliyəm və təbii ki o müddətə qədər karantin qaydalarına əməl etmək vacibdir: sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və s. Bir şeyi də qeyd edim ki, mən hələki koronavirusa yoluxmamışam", - eks-nazir qeyd edib.
Qeyd edək ki, fevralın 13-də Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov koronavirus əleyhinə peyvənd olunub. Sabiq nazirə COVID-19-a qarşı vaksin Abşeron rayon Mərkəzi xəstəxanasında vurulub.