Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qran-pri mükafatçısı millət vəkili ilə görüşüb



Qran-pri mükafatçısı, tarzən Ayaz İmranov Milli Məclisin Mədəniyyət komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüb.

 

Bu barədə millət vəkili Qənirə Paşayeva özünün sosial şəbəkədəki səhifəsində məlumat verib. Məlumatda deyilir:

 

“Dəyərli sənətkarlarımızdan biri olan görkəmli tarzən Ayaz İmranov Milli Məclisin Mədəniyyət komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb. Ayaz bəy iştirak etdiyi festivallar haqqında danışaraq qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib. Ayaz İmranovun milli musiqimizin inkişafı və təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdiyi deyən millət vəkili Qənirə Paşayeva görkəmli tarzənimizə daha da böyük uğurlar diləyib”.

 

Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranov ötən il Qazaxıstanda keçirilən beynəlxalq musiqi festivalının qran-pri mükafatına layiq görülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də