Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İmişlidə oğurluq edən şəxs saxlanılıb

RegionTV.info 
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmkəndlilərinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bir qrup İmişli rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Mayis Kərimov saxlanılıb.

Araşdırmalarla onun 8 baş qoyun oğurlamaqla həmkəndlilərinə 1 000 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də