Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ qeydə alınıb.

RegionTV.info xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, yeraltı təkanlar Afyonkarahisarda yerli vaxtla saat 00:08-də 3,9 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 5,9 kilometr dərinlikdə yerləşib.

Qəndilli Rəsədxanası isə zəlzələnin 4 bal gücündə olduğunu bildirib.

Dağıntı və tələfat qeydə alınmayıb.

Qeyd edək ki, bu, son günlər Türkiyədə qeydə alınan növbəti zəlzələdir. Ötən həftə qonşu ölkədə bir neçə yeraltı təkan baş verib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də