Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pendir niyə təhlükəlidir? – Məşhur alim açıqladı

RegionTV.info                                                                                             
Pendirin tərkibində çoxlu zülal, kalsium və fosfor var, ancaq hamı onu rasionuna daxil edə bilməz.
Sağlam qidalanma üzrə ekspert, məşhur alim Tobi Ador bildirib ki, ürək problemi olanlar və hipertoniklər pendirdən istifadəni azaltmalıdırlar.
Pedirin tərkibində çoxlu natrium olur ki, o da qan təzyiqini qaldıra bilər. Hipertoniyadan əziyyət çəkənlər gərəkdir ki, bu ərzaqdan istifadəni gün ərzində 2400 milliqrama qədər məhdudlaşdırsınlar, duzlu pendiri isə ümumiyyətlə, rasiondan çıxartsınlar. Həkimin sözlərinə görə, pendir həm də ürək xəstəlikləri riskini artıra və «pis» xolesterinin səviyyəsini qaldıra bilər.
Pendir böyük miqdarlarda mədə-bağırsaq fəaliyyətini poza, o cümlədən, qaz əmələ gəlməsini yüksəldə, qarını köpürdə və qəbizlik əmələ gətirə bilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də