Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentin köməkçisindən postlarda polisin rüşvət alması iddiaları ilə bağlı AÇIQLAMA






Karantin rejimi elan olunduqdan bu günə qədər polis orqanları tərəfindən mütəmadi işlər görülür. Bunu dana bilmərik.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, polisin fəaliyyəti ilə bağlı bəzi neqativ hallar yaşanır:

“Ələt postu və digər postlarda yaşandığı iddia edilən, sosial mediada işıqlandırılan məsələlər barədə DİN məlumatlıdır. İnanın ki, bu kimi hallar araşdırılır və lazımi tədbirlər görülür. Lakin vətəndaşlar da mövcud qaydalara riayət etmir, bir çox alternativ yollar axtararaq (torpaq yollarla) regionlara getməyə cəhd göstərirlər.

Bu məqamlarla bağlı statistikalar da ictimaiyyətə elan edilir. Bütün hallarda aidiyyəti qurumlar media nümayəndələrinin burada səsləndirdiyi məsələlər barədə də lazımi araşdırmaları aparacaq deyə düşünürəm”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də