RegionTV.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2170" ("Lada Priora") markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə yoldan çıxaraq aşıb. Bu vaxt avtomobil polis əməkdaşlarına məxsus "FIAT" markalı xidməti avtomobilə də dəyib.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
QALEREYA