Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda hündürmərtəbəli binadan özünü atmaq istədi

Bakıda intihara cəhd hadisəsi baş verib.
RegionTV.info  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə bildirilib ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də