
RegionTV.info-nun verdiyi xəbərə görə, bunu respublikanın baş naziri Andrey Babiş jurnalistlərə bildirib.
Baş nazir koronavirusun "Britaniya ştammı"nın respublikada sürətlə yayıldığını və qonşu ölkələrdə daha aqressiv olan ilk dəfə Cənubi Afrika və Braziliyada aşkarlanan yeni ştammların qeydə alındığını vurğulayıb.
Bununla birgə, bu gündən etibarən respublikanın dövlət qurumları əhali qəbulunun iş saatlarını bərpa edəcəklər. Hökumət növbəti iclasında 1 mart tarixindən etibarən buraxılış siniflər şagirdləri və universitet aspirantlarına standart təhsil rejiminə qayıtmaq imkanlarını nəzərdən keçirəcək.