Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sirrlər açılır – Əli Həsənovun şərikliyi ilə Müşfiq Ələsgərli və Azər Həsrətin mənimsədiyi milyonların izi ilə

RegionTV.info 
Azərbaycan Mətbuat Şurasının, Jurnalistlərin Həmkarlar İttifaqının və Əli Həsənov tərəfindən himayə edilən digər Qeyri Hökümət Təşkilatlarının xaricdən aldığı qrant və ödənişlərlə bağlı Avropa Şurasına və Şuranın Bakı ofisinə Reallıq.TV – nin baş redaktoru İkram Rəhimovun ünvanladığı sorğuya maraqlı cavab almışıq.

Avropa Şurasının Mərkəzi ofisindən (Bakı ofisi susur) sorğumuza verilən cavabda qeyd olunur ki, Mətbuat Şurası, JuHİ və digər QHT – lər son 6 ildə müxtəlif zamanlarda10 minlərlə və 3 dəfə 77500 avro ödəmələr almışlar. Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində Jurnalistlərin Həmkarlar İttifaqı ilə işbirliyi qurulmuş və Müşfiq Ələsgərliyə ödəmələr olmuşdur. Bundan başqa, “Azərbaycanda ifadə azadlığı və media azadlığı” (2017-ci ildə başa çatdırılmışdır), “Azərbaycanda gender bərabərliyi və media azadlığı” (2019-cu ildə başa çatdırılmışdır), və “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” (10 oktyabr 2019-cu ildə başlayıb və davam edir) layihələri ilə bağlı alınan ödəmələr də maraq kəsb edir. Sorğuya cavabda bəzi detallara aydınlıq gətirilməsədə məlum olur ki, Avropa Şurasının Bakı ofisi, xüsusəndə ofisin nümayəndəsi Pərvanə Bayramova Əli Həsənovun himayə etdiyi bir sıra qurumlarla gizli anlaşma əldə etməklə, Azərbaycan mediası ilə bağlı layihələrdə yüzminlərlə avro-nu onların büdcəsinə köçürmüşdür. Bu barədə ətraflı məlumat verəcəyik.


Reallıq.TV –nin baş redaktoru İkram Rəhimov həmişə qeyd edib ki, Əli Həsənov, Mətbuat Şurası rəhbərliyi, Müşfiq Ələsgərli, Azər Həsrət, Yadigar Məmmədli və digərlərinin fəaliyyəti araşdırılmalı və qanuni tədbirlər görülməlidir. Təkcə, Müşfiq Ələsgərli və Azər Həsrətin Avropa Şurasından və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 100-ə yaxın saxta layihələrə görə 500 mindən artıq vəsait almaları danılmaz faktdır. Müxtəlif dövrlərdə bu şəxslərin şərikli yaratdığı Jurnalistlərin Həmkarlar İttifaqına və CASFEN kimi təşkilatlara qanunsuz yollarla ayrılan dövlət vəsaitlərinin dəqiqləşdirilməsini aparırıq.

Xatırladaq ki, bu yaxınlarda “Xural.tv” və “Pressklub.tv”- də baş redaktorumuz İkram Rəhimovla debatda olan Mətbuat Şurasının sədr müavini, JuHİ – sədri, KİVDF – də Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli qeyd edib ki, onlar Avropa Şurası və QHT – lərə Dövlət Dəstəyi Şurasından 100 – ə yaxın layihələrə görə qrant və ödəmələr alıblar. Müşfiq Ələsgərlinin Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi də QHT-lərə Dövlət Dəstəyi Şurasından ildə küllü miqdarda qrant alıb. Təbii ki, Azər Həsrət bu mənada kənarda qalmayıb. Lakin bu pulların hara və necə xərcləndiyi haqqında heç bir məlumata rast gəlinmir. Bir neçə gəzintilər həyata keçirən Müşfiq Ələsgərli, Azər Həsrət və dostları ayrılan pulları şişirdilmiş xərclərlə silməyi bacarıblar.

Məsələ təkcə bunlarla bitmir. Avropa Şurasının Bakı Ofisinin əməkdaşı Pərvanə Bayramova ilə “yaxın əməkdaşlığı” nəticəsində alınan pulların hesabatı aparılmadığından biz bu istiqamətdə araşdırmalarımızı davam etdiririk. Avropa Şurasına ünvanladığımız sorğuda son 6 ili nəzərdə tutmasaqda verilən cavabda son 6 ildə həyata keçirilən layihələr barədə məlumat verilir. Biz əminik ki, Mətbuat Şurasına illər öncə 600 min manata yaxın qrant ayrılıb və müxtəlif dövrlərdə adıçəkilən şəxslərə müxtəlif adlarla ödəmələr həyata keçirilib. Ona görə təşkilatdan sorğularımıza daha dolğun və obyektiv cavab gözləyirik.

Avropa Şurasına, Şuranın Bakı ofisinə – Pərvanə Bayramovaya, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ünvanladığım növbəti sorğulara cavabdan sonra bu barədə geniş məlumat verəcəyik və ümid edirik ki, aidiyyatı qurumlar məsələni hüquqi müstəvidə araşdıracaq.
P.S  QHT–lərə Dövlət Dəstəyi Şurası və Avropa Şurasının Bakı Ofisi sorğularımızı cavabsız qoyarsa qanuna müvafiq olaraq Reallıq.TV məhkəməyə müraciət edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də