
RegionTV.info xəbər verir ki, piyada keçidini "görməyən" sürücüləri qanunvericliklə cəza gözləyir.
Buna DİN-in əməkdaşı Araz Əsgərli aydınlıq gətirib: "Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya və yaxud yol ayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsində keçməkdə olan piyadaya yol vermədikdə 50 AZN məbləğində cərimə olunur".