
RegionTV.info xəbər verir ki, Rəhmanov "ölkə.az"-ın əməkdaşıyla söhbətində ona zərərli vərdişləri öyrədən şəxslərdən birinin hazırda məşhur Xalq artisti olduğunu bildirib:
"Həmin sənətkarlardan biri vəfat edib, digəri isə hazırda sağdır, məşhur Xalq artistimizdir. Hazırda vəziyyətim getdikcə stabilləşir, özümü nisbətən yaxşı hiss edirəm".
Qeyd edək ki, Emil Rəhmanovun geniş müsahibəsi yaxın günlərdə "Ölkə.Az" saytında yayımlanacaq. Rəhmanov müsahibədə həmin şəxslərin adlarını və digər çox önəmli məqamları ilk dəfə açıqlayıb.