Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə Kəlbəcər rayonunda yerləşən İstisu sanatoriyasında olub.
RegionTV.info bildirir ki, Reza İnstaqram səhifəsində İstisudan fotolar paylaşaraq bunları yazıb:
"Minlərlə xəfostəlik üçün dərman. Yerli adı "İsti su" olan Kəlbəcərin qaynar bulaqları milyonlarla insanın üz tutduğu yerlərdən biri olub. Sovet dövründə bu rayon ən çox təriflənən, müxtəlif növ isti su mənbələri olan sanatoriyalardan biri olub. Erməni qoşunları tərəfindən işğal olunmuş ərazi 28 il ərzində boşaldılıb. Dağların və təbii ehtiyatların gözəlliyi nəfəskəsicidir".
Xəbəri paylaş