"Bavariya"nın futbolçusu Jerom Boatenqdən ayrıldıqdan qısa müddət sonra evində meyiti tapılan Kasya Lenhardtın ölüm səbəbi açıqlanıb.
RegionTV.info xəbər verir ki, Almaniya polisi 25 yaşlı modelin intihar etdiyini təsdiqləyib. Depressiyada olduğu günam edilən Kasya Lenhardt öz həyatına son qoyub.
Qeyd edək ki, Kasya Lenhardtın meyiti ötən həftə Berlindəki evindən tapılıb. Jerom Boatenq təxminən 15 aydı birlikdə olduğu modellə fevralın 2-də ayrılmışdı. Kasya Lenhardt futbolçunu onu şantaj etməkdə və sədaqətsizlikdə ittiham etmişdi.
Xəbəri paylaş