RegionTV.info xəbər verir ki, rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudion olan film Bakıda və İndoneziyada çəkilib.
Qeyd edək ki, filmdə istinad məhz Zaur Əliyevin İndoneziyada İslamı yayan Malik İbrahim barədə araşdırmasına aiddir.
İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib.
Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə İslamı öyrənirdi, sonra İndoneziyaya gəldi. Beləliklə, İslam İndoneziyada azərbaycanlılara görə yayılıb”.
İlk dəfədir ki, "Netflix" kimi məşhur bir şirkət öz filmində azərbaycanlı alimə istinad edir.
QALEREYA