Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ: Rusiya MN Qarabağla bağlı MƏLUMAT YAYDI

"Dağlıq Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib".
RegionTV.info  xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:
Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.
Bu gün Ermənistandan Dağlıq Qarabağa 38, ümumilikdə 52.511 nəfər geri qaytarılıb.
Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 54 hektar ərazi, 15 km yol, 40 yaşayış binası təmizlənib, 22 partlayıcı obyekt aşkar edilərək məhv edilib.
Bu günə kimi 1.296 hektar ərazi, 413.8 km yol, 1242 yaşayış binası, o cümlədən 29 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 24 249 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də