Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erkan Özoralla bağlı qərar verildi

RegionTV.info  xəbər verir ki, qərarnamədə Azərbaycanla bağlı qərar təsdiqini tapmayıb.
Belə ki, qərarnaməyə görə ötən ilin sonlarında müddəti başa çatmış səfirlərin yerinə yeni təyin olunan şəxslər təsdiq olunib. Ancaq qərarnamədə Azərbaycanla bağlı sürpriz var. Belə ki, Azərbaycanla bağlı təyinat bu qərarnamədə təsdiq olunmayıb. Yəni, qərarın icrası rəsmi qəzetdə əks olunmayaraq, qeyri-müəyyən müddətə təxirə salınıb.
Yenicag.az-ın Türkiyənin hakim dairələrindən əldə etdiyi məlumata görə, hazırki səfir Erkan Özoral bir müddət də, Azərbaycanda səfir kimi fəaliyyətini davam etdirəcək. Daha sonra onun Türkiyədə yüksək vəzifəyə gedəcəyi bildirilir. Ancaq hazırkı Azərbaycan-Türkiyə arasındakı proseslərin aparıcı üzvü olduğu, İkinci Qarabağ müharibəsində göstərdiyi fəaliyyət və son 30 ilin ən uğurlu səfirlərindən biri olduğu üçün Erkan Özoralın səfir kimi işini davam etdirməsi qərara alınıb. Erkan Özoralın səfirlik fəaliyyəti dövründə iki ölkə arasında viza, gömrük, iqtisadiyyat, təhsil və digər məsələlərlə bağlı çox ciddi layihələr həyata keçirilib. Onun bu xidmətlərinə görə hər iki dövlət rəhbərliyinin ümumi razılığı ilə bu proseslərin müəyyən bir mərhələyə çatdırılmasına qədər Erkan Özoralın səfir kimi fəaliyyətini davam etdirməsi məqsədə uyğun sayılıb. Yəni, Türkiyə Xarici İşlər Nazirliyi tarixində də nadir hadisələrdən biri kimi Erkan Özoral hələ bir müddət də, səfir kimi fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, Erkan Özoral həm də, FETÖ ilə mübarizədə iki ölkə arasında ortaq əməkdaşlığın aparılmasında da kilid şəxslərdən biri olub.
Xatırladaq ki, Erkan Özoralın yerinə səfir kimi Ahmet Demirokun təyinatı verilmişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də