
RegionTV.info xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
İdarəetməni itirərək hasara çırpılan avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Məmmədzadə Məsumə Allahverən qızı ağır bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş beyin əziyi və alın sümüklərinin sınıqları diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.