Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tarixi 100 ilə dayanan sosial məsafə tədbirlərinin yetərsizliyi İDDİA EDİLDİ...






İngilis alimləri koronavirusla mübarizədə tətbiq olunan qaydalardan biri olan sosial məsafəylə bağlı gerçək həqiqəti ortaya çıxarıb.

Moderator.az xəbər verir ki, alimlər yüz illik tarixi olan 2 metrlik məsafənin bu gün üçün kifayət etmədiyini bildiriblər. Sıxlıq və riskli ərazilərdə sosial məsafə qaydası əvəzinə, fərqli tədbirlərin görülməsi tövsiyə edilib. 

Oksford Universitetinin professoru Nikolas Jones və həmkarları 2 metrlik sosial məsafə qaydasının 100 il əvvələ dayanan araşdırmalardan yarandığını və bu günki ictimai həyat üçün yetərli olmadığını iddia ediblər. 

Alimlər kifayət qədər havalandırma olmayan barlar, gecə klubları və ya restoran kimi sahələrdə insanların bir-biri ilə yüksək səslə danışmasının riskli olduğunu və belə yerlərdə sosial məsafədən başqa digər tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Bura isə bir-biri ilə yaxından danışmamaq, maska taxmaq kimi təcrübələr daxildir. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də