Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevirdə tibb işçilərindən kəskin etiraz-Prezidentin ayırdığı…-VİDEO

Mingəçevir xəstəxanasında daha bir rəzalət! 
Acil şöbəsinin-Təcili Tibbi Yardımın əməkdaşları   ölkə başçısından kömək gözləyir…
RegionTV.info   xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinin-Təcili Tibbi Yardım şöbəsinin əməkdaşları bu gün saat 10:00 radələrində etiraz aksiyası keçirib. Etiraz aksiyasına səbəb  onlara COVİD-19-a görə ödənilən əmək haqlarının kəsilməsi olub.
 
Aksiya ilə bağlı hüquq-mühafizə orqanlarını bir gün öncədən məlumatlandırdıqlarını bildirən etirazçılar iddia edir ki, onlara münasibətdə prezidentin 18 mart 2020-ci il tarixli fərmanının tələbləri pozulub. Belə ki, onlara müddətli əlavələr ödənilməyib. Halbuki, digər rayonlarda Təcili Tibbi Yardım heyətlərinin bu əlavələri aldığı bildirilir.
 
Son bir ildə karonaviruslu xəstələrlə təmasda olduqlarını söyləyən tibb işçiləri, xidmət əsnasında özlərinin də bu xəstəliyə yoluxduqlarını əsas gətirərək müddətli əlavələrin onlara da verilməli olduğunu iddia edir. Hər zaman ölkə başçısını dəstəklədiklərini bildirən etirazçılar, vətəndaşlara hər zaman heç bir maddi təmənna güdmədən xidmət etdiklərini, bundan sonra da hər hansı maddi maraq güdmədən xalqa layiqli xidmət etməyə çalışacaqlarını bəyan ediblər. Etirazçıların sözlərinə görə, onları narazı salan əsas məqam ölkə başçısının onlara vəsait ayırdığı halda, bu vəsaitin onlara verilməməsidir. Prezidentin daim tibb işçilərini diqqət mərkəzində saxladığından məmnunluqla bəhs edən etirazçılar, ölkə başçısının qayğısı hər zaman öz üzərlərində hiss etdiklərini söyləyib, buna görə prezident İlham Əliyevə minnətdarlıqlarını dilə gətiriblər.

Üzləşdikləri haqsızlıqla bağlı prezidentdən kömək gözləyən etirazçılar, hər zaman olduğu kimi, bundan sonra da ölkə başçısını, onun siyasətini qətiyyətlə dəstəkləyəcəklərini bildiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də