Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ömürlük həbs cəzasından qaçan şirkət rəhbəri qürbət həyatında 10 uşaq sahibi olub - FOTO

"Metro Holdinq"in qətlə təhrik etdiyi üçün ömürlük həbs cəzasına məhkum olan qaçaq rəhbəri Qalip Öztürk Britaniyanın "The Sun" qəzetinin mövzusu olub.
RegionTV.info bildirir ki, Öztürkün 10 övladı və 23 yaşlı həyat yoldaşı qəzetin manşetində yer alıb. Surroqat ana vasitəsi ilə uşaq sahibi olan Öztürk bir uşağın dünyaya gəlməsi üçün təxminən 8 min funt sterlinq ödəyir.
Britaniyalılar "Metro Turizm"in qaçaq rəhbəri Qalip Öztürkün Gürcüstandakı həyatını izləyiblər.
Onun 23 yaşlı rus arvadı Kristina Öztürklə surroqat analardan 10 bioloji övladı var.
Sosial mediadakı paylaşımlarında 105 uşaq sahibi olacaqlarını, ancaq bunun təsadüfi bir rəqəm olduğunu deyən Kristina bildirib ki, neçə uşaq sahibi olacağını bilmir, amma 10-da dayanmağı da planlaşdırmırlar.
Qalib Öztürk qızı ilə Batumiyə tətilə gələndə orada Moskva əsilli Kristina ilə tanış olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də